Bu ilin avqust ayında yarımkeçiricilərin qlobal satışları ötən ilin eyni dövrü ilə müqayisədə 20,6% artaraq 53,12 milyard dollara çatıb. Bu göstərici 2023-cü ilin eyni ayında 44,04 milyard dollar olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SİA) press-relizində deyilir.

Bu, 2022-ci ilin aprelindən bəri maksimum artım hesab olunur. Qeyd edilib ki, satışlar ardıcıl beşinci aydır ki, artıb.

Avqustda Amerika qitəsində çip satışı 43,9%, Yaponiyada 2%, Çində 19,2%, Asiya-Sakit okean və digər regionlarda 17,1% artıb, Avropada isə 9% azalıb.

 

Gözəl Həşimova