Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində bütün məlumat sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", məlumatda deyilir.