Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının bank və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 8,241 mln. manat kredit verib.

İqtisadiyyat.az yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 020,6 mln. manat və yaxud 26,82 azdır. 

Son 1 ildə Naxçıvanda qısamüddətli kreditlər 746 min manat və yaxud 2,1 dəfə artaraq 1,432 mln. manata çatıb, uzunmüddətli kreditlər isə 3,766 mln. manat və yaxud 35,2% azalaraq 6,809 mln. manata düşüb.