"9 mayda Moskvada keçiriləcək paraddakı hərbi texnika Ukrayna ordusu üçün legitim hədəf sayılır".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib. O bildirib ki, Rusiyanın bir neçə şəhərində 9 May paradını ləğv ediblər, lakin Moskvada baş tuta bilər. Əgər baş tutsa, Ukrayna hərbçiləri belə bir zərbə üçün mexanizm tapacaqlar.

“Belə bir tapşırığın icrası üçün bizdə mexanizmlər kifayət edəcək. Hərbi obyektlər Qırmızı meydana çıxsa, onlar hədəfə çevriləcək”.