Avtomobil nəhəngi “Mercedes-Benz” Beynəlxalq Qadınlar Günündə hamının diqqətini bircə qadına yönləndirir. O, qadın olmasa idi, bəlkə də marka heç bir zaman bu günlərə gəlməzdi. Söhbət Bertha Benzdən (Berta Benz) gedir. Avtomobil markası mayın 3-də 170 illiyini qeyd edəcək. Kompaniya Berthanın həyat yolunu “Bertha Benz: Hər şeyi dəyişdirən səyahət” adlı qısa filmində canlandırır.

Bu qısa, amma mənalı hekayə dünyanın dörd bir yanındalı qadın və kişilərə ilham qanyağı olur, onları cəsarət və özünəinamla hədəflərinin arxasıyca getməyə təşviq edir. Reklam çarxında 130 il bundan öncə açılan əczəxananın dünyanın ilk benzin stansiyasına çevrilməsi detalına da yer verilib.

Bertha güclü qadın idi. O, markanın ilk test sürücüsü olub. Cəsarət və yorulmayan əzmi, həyata qarşı pozitiv olması, çətinliklərə sinə gərməsi, həyatı dörd əllə qucaqlaması ilə təkcə bir avtomobili deyil, böyük bir sənayeni idarə etdi.
Benz 130 il bundan qabaq bir qərar alır. İnsanların diqqətini yoldaşının yaratdığı avtomobilə cəlb etmək üçün 100 km. uzaqlıqda yerləşən Pforzheim şəhərinə səyahət edir. Ancaq bu gün onun cəsur davranışı hər zaman olduğundan daha vacibdir. Çünki indi uğura gedən yol qərarlılıq, özünəinamdan keçir. Bu da Bertha Benzi həyatın hər seqmentindəki lider olmaq istəyənlər üçün ən yaxşı nümunə edir.

Carl Benz, (Karl Benz) həyat yoldaşı Bertha üçün deyirdi: “O, məndən daha çox cəsurdur”. Avtomobil ixtiraçısı Carl Benz yaratdığı mexanizm ilə 19-cu əsrin nəqliyyat sistemi anlayışında çevriliş etmişdi. Şübhəsiz ki, dünyanı dəyişdirən bu uğur, Bertha Benzin yorulmayan əzmi, çətiliklər qarşısındakı gücü olmadan əldə etmək çətin olardı. Xalq “sehirli güclər” tərəfindən hərəkət edən bu yeni atsız avtomobilə şübhə ilə yanaşırdı. Bertha Benz iki oğlu Eugen ve Riçard ilə Pforzheima uzun və yorucu səyahə zamanı, çantasında yoldaşının ixtirasına olan inamı vardı.

Reklamverən: Mercedes-Benz

Yaradıcı agentlik: antoni Garage

Prodakşn: Anorak Film

Rejissor: Sebastian Strasser

Yaradıcı rejissor: Alice Bottaro