2021-ci ilin ilk 7 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 71,4 milyon manat vəsait ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 milyon manat və ya 24,2 % daha çox vəsait xərclənib.

Bura hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, uç yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar və dəfn üçün nəzərdə tutulan müavinətlər daxildir.