Dövlət İmtahan Mərkəzi magistratura səviyyəsi üzrə 14 yanvar 2024-cü il tarixində keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Bu barədə İqtisdaiyyat.az-a DİM-dən xəbər verilib.

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticəsi, cavab kartı və cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilər.

Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.