Sosial şəbəkələrdə görüntüləri yayılan A.C-ın sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev İqtisadiyyat.az-a bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır.

"Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur", məlumatda vurğulanıb.

Qeyd edək ki, son günlər küçədə və ictimai nəqliyyatda insanları narahat edən yeniyetmənin paylaşdığı videolar sosial şəbəkələrin gündəminə çevrilib. "Jalilov" adı ilə "TikTok"da məşhurlaşmış şəxsin öz iştirakı ilə lentə aldığı görüntülər müzakirələrə səbəb olub. Belə ki, küçədə gedən yaşlı qadını qucağına götürərək videosunu paylaşan şəxsin hərəkətləri birmənalı qarşılanmayıb. 

Daxili İşlər Nazirliyi yanvarın 29-da yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunduğunu və xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumat yayıb.

A.C Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.