Ötən il ərzində Mərkəzi Bank tərəfindən rəqəmsal eyniləşdirmə, identifikasiya sistemi hazırlanıb və istismara verilib.

Bu barədə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, sistemin məntiqi və konsepsiyası bank xidmətlərinin əlçatanlığının artırılmasını təşkil edir:

“Mərkəzi Bank tərəfindən həmin sistemin funksional imkanlarından istifadə etməklə daha geniş əhatə kütləsinə daha çox bank xidmətlərinin təqdim edilməsi istiqamətində işlər gedir”.

Fərid Osmanov əlavə edib ki, oktyabr ayından etibarən pilot olaraq seçilmiş 10 bank üzərindən istehlak və biznes kreditlərinin tam olaraq onlayn əldə olunması imkanı yaradılıb.