Yer planetinə bu yaxınlarda aşkarlanmış 2019EA2 asteroidi yaxınlaşır.

Bu haqda NASA məlumat verir.

30 metr diametrli kosmik obyekt martın 22-də Yerə ən yaxın məsafəyə qədər yaxınlaşacaq.

Asteroidin Yerdən 305 min kilometr aralı ötüb keçəcəyi gözlənilir.

Bundan əvvəl, 2018-ci ilin noyabr ayında astronomlar Yerə insan kəlləsi şəkilli 2015 TB145 adlı ölü asteroidin yaxınlaşdığı barədə xəbərdarlıq etmişdilər. Sözügedən kosmik obyekt Yerdən 38 milyon kilometr aralı keçmişdi.