"Kontakt Home"un Ayna Sultanovada yerləşən mağazası bağlanıb.

Mağazalar şəbəkəsindən İqtisadiyyat.az-a bildirilib ki, filialın bağlanması ilə bağlı qərar rəhbərlik tərəfindən verilib.

Məlumatda mağazanın fəaliyyətinin dayandırılmasının səbəbi açıqlanmayıb.

Eyni zamanda, filialda çalışan işçilərin ixtisara salınıb-salınmayacağı ilə bağlı suala cavab olaraq bildirilib ki, bu istiqamətdə də uyğun tədbir görüləcək.