Dövlət Turizm Agentliyində kadr dəyişikliyi olub. 

Bununla bağlı DTA sədri Fuad Nağıyev əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Kənan Quluzadə sədrin müşaviri təyin olunub. 

O, bundan əvvəl Dövlət Turizm Agentliyinin mətbuat katibi vəzifəsində çalışıb. 

K.Quluzadə məlumatı Oxu.Az-a təsdiqləyib.