İsveç hakimiyyəti bu gün Rusiya-Ukrayna münaqişəsinin başlamasının ikinci ildönümündə Ukraynaya 74 milyon kron (7,19 milyon dollar) məbləğində humanitar yardım ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveç Beynəlxalq İnkişaf Agentliyinin saytında qeyd olunub.

Vəsaitlər Beynəlxalq Qızıl Xaç Komitəsindən göndəriləcək. Onlar Ukrayna səhiyyəsini dəstəkləmək, eləcə də əhalinin su, qida, istilik və elektrik enerjisinə çıxışını təmin etmək üçün istifadə olunacaq.

Bildirilib ki, ukraynalıların demək olar ki, 40%-nin belə dəstəyə ehtiyacı var. Ötən il İsveç Ukraynaya 233,4 milyon kron (22,68 milyon dollar) dəyərində humanitar yardım göstərib.

 

Gözəl Həşimova