“İsmayıllı rayonunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılamsı üçün yaradılmış Komissiyaya 3 ay müddətində 66 yaşayış məntəqəsindən vətəndaşlardan 1272 ərizə daxil olub”.

Fins.az-ın məlumatına görə, bunu İsmayıllı İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib.

M.Sadıqov deyib ki, 1357 müraciətə yerində baxılıb:

“Episentr İsmayıllı olsa da, zəlzələ zamanı qonşu rayonlara nisbətən daha az ziyan çəkib. Nəzərinizə çatdırım ki, rəqəmlərdəki fərq ərizələrin təkrarlanması ilə bağlı olub, 6 evdə isə yaşayış olmadığından sahiblərilə əlaqə yaradıla bilmir. Yəni onların evlərinin zərər çəkib-çəkməməsilə bağlı bizə müraciət daxil olmayıb. Mütəxəssislər tərəfindən aparılan qiymətləndirmələrdə, İsmayıllı rayonu üzrə daxil olan müraciətlərdə 340 ev qənaətbəxş hesab olundu. 455 evin bərpasına, 344 evin təmirinə sərəncam verildi. 114 ev ən qəzalı evlər sayılır. Hazırda qəzalı evlərdən 76-sı yenidən tikilir, digərlərinin tikilməsi barədə də qərar verilib”.

O bildirib İsmayıllıda sosial məntəələr, uşaq bağçaları, məktəblər və s. də zərər görüb.