Dron İraqın şimalında Ərbil şəhəri yaxınlığında yerləşən ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus hərbi bazaya zərbə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatı (PUA) Ərbil beynəlxalq hava limanının yanında yerləşən bazanı atəşə tutub. 

Qeyd edək ki, hücuma görə məsuliyyəti İraqın İslami Müqaviməti hərəkatına aid silahlı şiə birləşmələri öz üzərinə götürüb. 

 

Əli Ağayev