İraqın müdafiə naziri Sabet Məhəmməd əl-Abbasi İranla təhlükəsizlik sazişinin dayandırılacağını istisna etməyib.

İqtisadiyyat.az “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, nazirin fikrincə, İranın Kürdüstanı bombalaması razılaşmalara ziddir.

“İranın Kürdüstanı bombalaması pislənir və qəti şəkildə rədd edilir. Bu hücumlar İranla təhlükəsizlik razılaşmasına ziddir. İran İraqla əməkdaşlığa xələl gətirir. Tehran ölkədəki hədəfləri vurmaq əvəzinə, yoxlamaq üçün Bağdada Ərbildəki casusluq fəaliyyəti ilə bağlı məlumat verə bilər”, - deyə o, bildirib.

 

Gözəl Həşimova