İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn seçkilərdə inamlı qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İqtisadiyyat.az xəbər verir ki, məktubunda dövlətimizin başçısına İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından səmimi təbriklərini çatdırmaqdan məmnunluq duyduqlarını bildirən Kral II Abdullah ibn Al Hüseyn qeyd edib: “Bu, Sizin liderliyinizə olan böyük inamın təsdiqidir. İordaniya Krallığı xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrini və dostluğu daha da inkişaf etdirmək üçün Zati-alinizlə işləməkdə davam etməyə ümidvardır”.

İordaniyanın Kralı dövlətimizin başçısına davamlı uğurlar və möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıb.