Bu il sentyabrın 1-dən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azad edilir.

İqtisadiyyat.Az xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik nəzərdə tutulur.

 Adı çəkilən dəyişiklik Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  müzakirəyə çıxarılaraq müzakirə olunub.
İndiyə qədər hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisindən azad edilib. Vergi Məcəlləsində bu müddəa ləğv edilir.

Məcəlləyə nəzərdə tutulan dəyişiklik  Milli Məclisin növbədənkənar sessiyasının plenar sessiyasına tövsiyə edilib.