Hacıqabulda qadın dəm qazından boğularaq ölüb.

İqtisadiyyat.az “Report”-a istinadən xəbər verir ki, hadisə rayonun Natavan küçəsi 18-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1976-cı il təvəllüdlü İmranova Vüsalə Xıdır qızı hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.