Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

İqtisadiyyat.az “Report”un Qərb bürosun-a istinadən xəbər verir ki, hadisə şadlıq saraylarından birinin önündə qeydə alınıb.

Minik avtomobilinin motosikletə çırpılması nəticəsində motosikletçi ağır xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.