Fransa BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) müvəqqəti olaraq maliyyələşdirməni dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fransa 2024-cü ilin birinci yarısında heç bir əlavə ödəniş etməyi planlaşdırmır, vaxtı gələndə BMT və əsas donorlarla birlikdə yardımın şəffaflığı və təhlükəsizliyi ilə bağlı bütün tələblərini nəzərə alaraq qərar verəcək", - məlumatda deyilir.

Xatırladaq ki, ötən il Paris "UNRWA"ya 60 milyon avro ayırıb.