Moskvada saxlanılan Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

İqtisadiyyat.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

“Həmin şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”, - deyə o bildirib.

Ermənistan DİN Kamil Zeynallının hansı qətldə ittiham olunduğunu açıqlamayıb.