Azərbaycandan bu ilin yanvar-iyul ayarı ərzində 39,3 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 milyon dollar və ya 4,4 dəfə artıb.

Hesabat dövründə, bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 54,1 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 4,4 milyon dollar çoxdur.

 

Gözəl Həşimova