“Konkret addımlar atır”.

Hər bir kommersiya bankı öz reputasiyası naminə qazandığı gəlirlərin bir hissəsini müştərilərlə bölüşməlidir.

İqtisadiyyat.azReport”-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dollarla krediti olanların probleminin həlli istiqamətində atılacaq addımlarla bağlı sualın cavabında bildirib: 

"Sevindirici haldır ki, artıq bəzi banklar öz müştəriləri ilə əlaqə saxlayır, konkret addımlar atır".

"Düşünürəm ki, hər bir kommersiya bankı müştərisini qorumaq üçün imkanlar axtarmalıdır, müştəriləri ilə görüşməlidir. Bu, bütövlükdə dövlət səviyyəsində həll olunmur. Dövlət üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib, sosial proqramların həyata keçirilməsində nə kəsir var idisə, həyata keçirib. 

Hər bir kommersiya bankı öz reputasiyası naminə özünün qazandığı gəlirlərin bir hissəsini müştərilərlə bölüşməldir", - deyə Z.Səmədzadə qeyd edib.