Rusiya Mərkəzi Bankı bu gündən “Beynəlxalq hesablaşmalar bankı” kredit təşkilatının bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziyasını ləğv edib.

İqtisadiyyat.az tənzimləyicinin yaydığı məlumata istinadən xəbər verir ki, son 12 ayda bank dəfələrlə Mərkəzi Bankın normativ aktlarının, “Cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına, terrorçuluğun maliyələşdirilməsinə qarşı mübarizə haqqında” federal qanunun tələblərini pozub.

Xatırladaq ki, bu ilin əvvəlindən Rusiyada 6 bank bağlanıb.