"Çin Amerika silahlarının Tayvana tədarükü ilə bağlı tədbir görəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq deyib.

“Biz Amerika silahlarının Tayvana satılmasına qəti şəkildə qarşıyıq. Pekin ABŞ-nin bu hərəkətlərinə cavab olaraq güclü və qətiyyətli addımlar atacaq”, - deyə o bildirib.

Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi ABŞ-dən Pekinə qarşı tətbiq edilən sanksiyaları ləğv etməyi tələb edib.