Prokrorluq Cəlilabadda iki azyaşlı bacının kanalda boğulması faktını araşdırır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlının meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
xxx
17:00
Cəlilabadda iki nəfər kanala düşərək boğulub.
İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
İki nəfərin kanala düşərək boğulduğu bildirilir.
Hazırda onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.