Türkiyənin Aydın və İzmir vilayətləri ətrafında tez-tez görünən “kor ilan” adı ilə tanınan büzməli kərtənkələnin insanlar üçün zərərsiz olduğu açıqlanıb. İqtisadiyyat.Az türk mediasına istinadən bildirir ki, təbiətsevərlər büzməli kərtənkələnin ekoloji sistemə faydalı olduğunu deyərək öldürülməməsini tövsiyə ediblər. “kor ilan”ın isnanlar üçün heç bir zərəri olmadığını bildirən “Ekologiyanı Qoruma və Təbiət Sevənlər” dərnəyinin üzvləri bu barədə əhaliyə xəbərdarlıq edib: “Büzməli kərtənkələlərin otlaq ərazilərdə, sıx yerlərdə və binaların aralarında daha çox görünür. Təbiətdə önəmli yararı olan canlılardır. Çəyirtkə və digər böcəklərlə qidalanan, bəzən quş balalarını, siçanları, kiçik kərtənkələlər də yeyən büzməli kərtənkələlər təəssüf ki, ilan adı ilə öldürülür. Təbiətə və insanlara heç bir ziyanı olmayan bu canlılar öldürülməməlidir”.