Bu gün Gəncə-Bakı reysi ilə əlavə sürətli sərnişin qatarı yola salınacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib.  Bu gün Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.

Qeyd edək ki, qatar Gəncədən saat 18.00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq.