Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsinə aydınlıq gətirib.

İqtisadiyyat.az-ın trend-ə istinadən məlumatına görə, komitə sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hazırda ağır şəraitdə yaşayanları köçürür:

“Gələcək mərhələdə isə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər. İndiki zamanda isə həmin ailələrlə bağlı rayon icra hakimiyyəti qərar verməlidir”.