Rusiyanın “Avtovaz” şirkəti gələn il 25 mindən çox “Lada” avtomobili ixrac etmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Maksim Sokolov “Rusiya-24” telekanalına müsahibəsində deyib.

O, bu ilin sonunda ixrac ediləcək məhsulların həcminin ötən ilə nisbətən bir qədər aşağı olacağını bildirib.

Sokolov əlavə edib ki, 2030-cu ilə qədər şirkət ildə təxminən 100 min avtomobil ixrac etməyi planlaşdırır.