Boeing, "737 Max" tipli təyyarələrdə qəzaya "MCAS" adlı sistemdəki səhvin səbəb olduğunu açıqlayıb və ölmlərə görə üzr istəyib. 

Amerikanın təyyarə istehsalçısı Boeing, son zamanlar baş verən 738 Max 8 qəzalarına, Manevr Xarakteristikaları Möhkəmlətmə Sistemindəki (MCAS) bir qüsurun səbəb olduğunu bildirərək, baş verən ölmlərə görə üzr istəyib.

İqtisadiyyat.az Marja-ya istinadən xəbər verir ki, Boeing-in İcraçı Direktoru Dennis Muilenburg, Twitter hesabından verdiyi açıqlamada, Efiopiya Hava Yollarına və İndoneziyanın Lion Hava Yollarına aid Boeing 737 MAX 8 tipi təyyarələrin düşməsinə dair bəyanat verib.

"737  Max" qəzalardakı ölmlərə görə üzr istəyirik", -ifadəsini işlədən Muilenburg, həlak olan sərnişinlərin və təyyarə heyətinin ailələrinə başsağlığı verib.

Hər iki qəzanın da tam təfərrüatlarının bağlı hökumətlərin hesabatlarında ortaya qoyulacağını vurğulayan Muilenburg, "Ancaq Efiopiya Hava Yollarına məxsus təyyarə qəzasının ilk monitorinq hesabatlarına görə, hər iki qəzada da MCAS kimi tanınan sistemin xətalı işləməsi aşkardır",- ifadəsini istifadə edib.