"Ölkələr arasında münaqişələr səbəbindən dünyada insanlar öz hökumətlərinə inamlarını itirirlər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

Onun sözlərinə görə, beynəlxalq qurumlarda islahatlar aparılmalıdır və fikir ayrılıqları dövlətlərin ərazi bütövlüyünə hörmət edilməklə həll edilməlidir: "Beynəlxalq qurumlar 80 il əvvəl yaradılıb və babalarımız üçün nəzərdə tutulmuş sistemlərlə nəvələrimiz üçün gələcək qurmaq mümkün deyil. Münaqişələr ölkələrin ərazi bütövlüyünə hörmət edilməklə həll edilməlidir. Əks halda dünyada xaos başlayacaq.

Geosiyasi fərqlər qlobal qərarlar qəbul etmək üçün birləşməyə imkan vermir. Təəccüblü deyil ki, hər yerdə insanlar hökumətlərə, institutlara, maliyyə və iqtisadi sistemlərə inamını itirirlər".

 

Gözəl Həşimova