Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam edib.

İqtisadiyyat.az Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata istinadən xəbər verir ki, 2019-cu ilin fevral ayında işçi sayı 0.5% və ya 95 nəfər artaraq 17 683 nəfər təşkil edib.

Cari ilin ilk 2 ayında isə bankların işçilərinin sayı 268 nəfər artıb. Ötən ilin sonunda bankların işçilərin sayı 17 415 nəfər təşkil etmişdi.