"Bank Respublika" ASC 30 iyun 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin ilk yarısı üzrə cəmi aktivləri 1 mlrd. 215 mln. 808 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 42% çoxdur. 

"Bank Respublika"nın kredit portfeli 1 il ərzində 1,4 dəfə artaraq cari ilin iyun ayında 404 mln. 79 min manata çatıb.

DEPOZİT PORTFELİ VƏ ÖHDƏLİKLƏRİ ARTIB.

Sözügedən dövrə "Bank Respublika"nın depozit portfelinin həcmi 909 mln. 347 min manat təşkil edib. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 49% çoxdur. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 41,4% artaraq 1 mlrd. 145 mln. 662 min manata çatıb.

2018-ci ilin eyni dövrü ilə müqayisədə "Bank Respublika"nın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 44,6% artaraq 48 mln. 521 min manatdan 70 mln. 146 min manata qalxıb.

MƏNFƏƏTDƏDİR.

2019-cu ilin yanvar-iyun aylarında bankın xalis faiz gəlirləri 17 mln. 676 min manat, xalis qeyri-faiz gəlirləri isə 3 mln. 135 min manat olub. Əməliyyat mənfəəti 20 mln. 811 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 7 mln. 979 min manat ayırıb. Beləliklə, bank cari ilin ilk yarısını 12 mln. 832 min manat mənfəət ilə başa vurub.