Bu barədə İqtisadiyyat.az-a  Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, bundan sonra kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər. 

Dəyişiklik, vətəndaşların BNA-ya ünvanladığı çoxsaylı müraciətlər nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədi daşıyır.