İqtisadiyyat.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında Bakıda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 503,3 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% az vəsait yönəldilib.Məlumata görə, ümumi sərmayənin 37,3%-i dövlət, 62,7%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 56,5%-i tikinti-quraşdırma işlərinə sərf edilib.Bu ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,3%-ni tikinti, yenidənqurma və genişləndirmə, 8,3%-ni əsaslı təmir, 5,9%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib.