Tbilisidə hökm sürən əlverişsiz hava ilə əlaqədar “Georgian Wings” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna 12 yanvar 2024-cü il tarixinə nəzərdə tutulan reysi ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan İqtisadiyyat.az-a verilən məlumata görə, lakin milli aviadaşıyıcımız AZAL-ın Bakı-Tbilisi və əks istiqamətdə bu günə olan bütün uçuşlarının cədvəl üzrə yerinə yetirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sərnişinlər uçuş statusu haqqında əlavə məlumatı Bakı hava limanının veb-saytında və ya aviaşirkətlərlə əlaqə saxlayaraq əldə edə bilərlər.