Azərbaycanla Ukrayna arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 179,8 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 296,2 milyon dollar və ya 62,2% azdır.

Hesabat dövründə Ukraynadan Azərbaycana 135,7 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Ukraynaya ixracı isə 44 milyon dollar təşkil edib.

Əlavə edək ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 476,5 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova