Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın Tehrandakı səfirliyinə hücumu şərh edib:

"Azərbaycan səfirliyinə növbəti hücum nəticəsində bir təhlükəsizlik əməkdaşının həlak olması bizi sarsıtdı. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Bu barədə daha sonra ətraflı şərh verəcəyik", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.