Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Belçikada yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə saat 08:00-da başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu seçki məntəqəsində Belçikada və Lüksemburqda daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olan 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız səs verirlər. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir.