Azərbaycandan Türkiyəyə pul köçürmələrində heç bir problem yoxdur. 

İqtisadiyyat.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. 

Belə ki, daha əvvəl sosial şəbəkə istifadəçiləri müəyyən texniki nasazlıqlar barədə yazıblar. 

Onlar Türkiyə banklarında texniki problemlərdən, bank kartları ilə əməliyyatların, xüsusən də pul köçürmələrinin həyata keçirilməsinin mümkün olmadığını qeyd ediblər.