Bu ilin iyul ayında Azərbaycan Gürcüstana 93 747 462,3 KvS elektrik enerjisi ixrac edib.

APA xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Təchizatının Market Operatorunun (ESCO) hesabatında məlumat verilib. Ötən ilin iyul ayında isə idxal edilən elektrik enerjisinin həcmi 1 139 930,5 KvS olub. İyulda idxalın kəskin artması Gürcüstanda elektrik enerjisi istehsalının yerli tələbatı ödəyə bilməməsi ilə əlaqələndirilib.

Cari ilin ilk yeddi ayı ərzində isə Azərbaycan Gürcüstana ümumilikdə 609 297 797,5 KvS elektrik enerjisi idxal edib. Ötən ilin analoji dövründə isə idxal edilən elektrik enerjisinin həcmi 517, 768, 437,5 KvS təşkil edib.

2019-cu ilin yanvar-iyull ayları ərzində Gürcüstan ümumilikdə 716,02 milyon KvS elektrik enerjisi idxal edib ki, bunun da 89,57%-i Azərbaycanın payına düşüb.