37 azərbaycanlı gənc növbəti ildən Çinin ən yaxşı universitetlərində təhsil alacaq.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlıq davam edir.

Bu əməkdaşlığın nəticəsi olaraq 2019-2020-ci tədris ili üzrə 37 nəfər azərbaycanlı gəncə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı yaradılıb.