Təhsil krediti  Respublika ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında (ali, peşə-ixtisas və orta) ödənişli əsaslarla təhsil alan tələbə və şagirdlərin təhsil haqqlarının ödənilməsi üçün nəzərdə tutulub.

İqtisadiyyat.Az Banker.az-a istinadən Azərbaycanda təhsil krediti verən bankları araşdırdı və aşağıdakı cədvəldə şərtləri təqdim edir.

Bildirək ki, Azərbaycanda “Xalq Bank” , “Bank VTB” , “Bank Respublika” , “Turanbank” tələbələrə təhsil krediti verir.

 * “Xalq Bank”da  təhsil krediti fiziki şəxsin zaminliyi , avtonəqliyyat vasitəsinin girovu, daşınmaz əmlakın girovu ilə faiz dərəcəsi  18% təklif olunur. Bu bank zaminsiz aşağı faizlə kredit verən bankdır.

*  “Bank VTB”-də tələbələr fərqlənmə ilə oxuduğu halda (tələbənin fərqlənməsi haqqında ali təhsil müəssisəsinin sənədinə əsasən) kreditin faiz dərəcəsində 1% endirim nəzərdə tutulub.