Bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 11,3% artaraq 921,1  manat təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Statistika İdarəsindən əldə etdiyi məlumata görə, dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 886,8 manat, özəl müəssisələrdə isə 958,5 manat olub.

Hesabat dövründə dövlət işlərində ən yüksək əməkhaqqı maliyyə-sığorta (2,704 manat), neft-qaz (2,187 manat), turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsindədir (1,545 manat).

Ən az əməkhaqqı isə inzibati və yardımçı xidmətlərin göstərilməsi (500,2 manat) və kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (537,9 manat) sahəsindədir.

 

Gözəl Həşimova