“Yapı Kredi Bank Azərbaycan” QSC-də Korporativ əlaqələr şöbəsinin rəisi Heydər İsmayılov öz vəzifəsini tərk edib.

Bu barədə H. İsmayılov öz Facebook səhifəsində məlumat yerləşdirib. 

O, öz ərizəsi ilə işindən ayrıldığını və fəaliyyətini başqa bir şirkətdə davam etdirəcəyini açıqlayıb.

Hazırda “Yapı Kredi Bank Azərbaycan”da Korporativ əlaqələr şöbəsinin rəhbəri vəzifəsi boşdur. Bu vəzifənin müvəqqəti icrası Marketinq departamentinin rəhbəri Məhəmməd Məmmədova tapşırılıb.