Azərbaycanla İran arasında bu ilin yanvar-may arasında ticarət dövriyyəsi 212,6 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 milyon dollar çoxdur.

Hesabat dövründə İrandan Azərbaycana 205 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 7,5 milyon dollar təşkil edib.

Əlavə edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin dəyəri 197,6 milyon dollar təşkil edib.