"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) AHY-035 nömrəli Bakı-Milan reysini həyata keçirən hava gəmisinin kapitanı hava şəraiti (qatı duman) ilə əlaqədar olaraq ehtiyat hava limanına enməyə qərar verib.

AZAL-dan İqtisadiyyat.az-a verilən məlumata görə, "Airbus A320" təyyarəsi yerli vaxtla saat 13:10-da Milan-Linate Beynəlxalq Hava Limanına eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.