“ATEF Şirkətlər Qrupu” vergi borcunun bir qismini ödəyib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətlər qrupunun hazırda yığılan vergi borcunun miqdarı 900 000 manata yaxındır.

Bu ilin aprel ayında şirkətin vergi borcu 1,5 milyon manata çatıb. Son beş aya yaxın müddət ərzində “ATEF Şirkətlər Qrupu” dövlətə olan borcunun yarım milyon manatdan çox hissəsini ödəyib.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, "ATEF Şirkətlər Qrupu" enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması ilə məşğuldur. Nizamnamə kapitalı 33 892 585 manat olan şirkətin rəhbəri Talıb Əlixanbəyovdur, qanuni təmsilçisi isə onun oğlu Emil Əlixanbəyovdur.